Əsas Səhifə > Şou-biznes > "Lazım olsaydı Rəşid Behbudov ya da Bülbül oxuyardı, amma oxumurdular"

"Lazım olsaydı Rəşid Behbudov ya da Bülbül oxuyardı, amma oxumurdular"


5-11-2020, 15:48
"Lazım olsaydı Rəşid Behbudov ya da Bülbül oxuyardı, amma oxumurdular"
Sentyabrın 27-dən bu günə qədər cəbhədə baş verənlər, ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində işğaldan azad olunan kəndlərin xəbərləri şou-biznesə də təsir edib. Həmin gündən bəri azərbaycanlı məşhurlar vətənpərvərlik mövzusuna daha çox yer verir, onlar hərbi ruhda mahnılar oxuyur, kliplər çəkdirirlər.

Buna baxmayaraq, şou əhlinin bu addımları birmənalı qarşılanmır. Müğənniləri özlərini reklam etməkdə, bayağı olmaqda günahlandıranlar da az deyil.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Xalq artisti Şeyx Əbdül Mahmudov bu tip mahnıların hər səsə uyğun olmadığını deyib:

“Bütün günü hərbi mahnılar oxuyurlar. O gün demişəm xətirlərinə dəyib. Biz də oxuya bilirik, Allaha şükür səsimiz də var, qabiliyyətimiz də. Amma gəlin əvvəlcə güllə atmağı öyrənək. Yerindən duran hərbi, vətənpərvər mahnılar oxuyur, hamısı küyə düşüb. Musiqidən başı çıxan adamlar bilir ki, patriotik, hərbi ruhda oxunan mahnıları gərək bariton səsli kişilər oxusun, o mahnılar kişi səsi üçündür. Bu tipdə mahnıları Müslim Maqomayev oxuyurdu. Lazım olsaydı Rəşid Behbudov ya da Bülbül oxuyardı, amma oxumurdular. Çünki bilirdilər ki, onların səsi lirik tenordur və onlarda həzin, lirik mahnılar yaxşı alınır. İndi hər gələn, səsi, ritmi olan da, olmayan da bu tip mahnılar oxuyur. Özü də mənasız, eybəcər sözlərlə, kim tapır, hardan alırlar başım çıxmır. Heç bir qafiyəsi, mənası yoxdur, mübtədası, xəbəri bəlli deyil, amma oxuyurlar. Özü də qadını da, kişisi də qışqıra-qışqıra oxuyur. Fəxri ad istəyirlərsə, gedib ayrı yerdə istəsinlər. Əgər musiqiyə, mədəniyyətə, xalqa fayda vermək istəyirlərsə belə oxumasınlar”.

Geri qayıt