Əsas Səhifə > Şou-biznes > Həbsdən çıxan Kamil ənənəsini davam etdirir

Həbsdən çıxan Kamil ənənəsini davam etdirir


24-10-2020, 11:55
Həbsdən çıxan Kamil ənənəsini davam etdirir
Tanınmış idmançı Kamil Zeynallı əsgərlərə sovqat göndərməyə davam edir.

Qarabağda döyüşlərin başladığı ilk gündən cəbhə bölgəsinə yola düşən idmançı həbsdən çıxdıqdan sonra ənənəsini davam etdirib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında hərbçilərə dəstək üçün hazırlanan sovqatların görüntüləri bölüşən Kamil ona "Ordumuza, ərgərlərimizə dəstəyə davam. Qarabağ Azərbaycandır. Biz birlikdə güclüyük" - deyə şərh yazıb.

Xatırladaq ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və videogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Füzuli rayon məhkəməsinin qərarı ilə 12 oktyabrda 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.


https://bax.tv/video/114758.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=114758



Geri qayıt