Əsas Səhifə > Şou-biznes > "Heç kim olduqlarını dərk etməklə barışa bilmədikləri üçün, trendə qoşulmaq istəyirlər"
"Heç kim olduqlarını dərk etməklə barışa bilmədikləri üçün, trendə qoşulmaq istəyirlər"23-10-2020, 17:39 |
Artıq 3 ildir ki, efirlərdə görünməyən, televiziya sahəsindən uzaqlaşan aparıcı Turan İbrahimov BiG.AZ-ın qonağı olub. Aparıcı maraqlı açıqlamaları ilə diqqət çəkib. Bu gün şou-biznes nümayəndələrinin əksəriyyətinin hərbi forma geyinib, cəbhə xəttinə getməsinə belə münasibət bildirib: "Şou-biznes insanlarının bir qismi diqqətdən kənarda qaldılar. Heç kim olduqlarını dərk etməklə barışa bilmədikləri üçün, trendə qoşulmaq istəyirlər. Trendə də o səviyyəsiz, məntiqsiz bacarıqları ilə bu cür qoşulurlar. Öz aləmlərində fikirləşirlər ki, guya əsgər paltarı geyinməklə, çevrilib kimsə olacaqlar. Daha adlarını açıqlamıram. Bu qıcıq doğurur, ət tökür" Geri qayıt |