Əsas Səhifə > Şou-biznes > "Ay alcaqlar, Azərbaycan ordusu 10 milyondur"
"Ay alcaqlar, Azərbaycan ordusu 10 milyondur"23-10-2020, 11:52 |
“Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qələbələr qazanaraq tarix yazır”. Bunu KONKRET.az-a açıqlamasında şair Baba Vəziroğlu bildirib. O, qeyd edib ki, bir il öncə desəydilər ki, belə bir gün olacaq, torpaqlarımız işğaldan azad ediləcək, bir az inanmaqda çətinlik çəkərdim: “Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə hər gün bizi yeni qələbə xəbəri ilə servindirir. Artıq işğaldan azad olunan kəndlərimizin, yaşayış məntəqələrimizin və şəhərlərimizin sayını itirmişəm. Bu gün Azərbaycan ordusunda vuruşanların sayı 10 milyondan çoxdur. Arada ermənilər böhtan atır ki, türklər bizə kömək edir. Ay alcaqlar, Azərbaycan ordusu 10 milyondur. Bu sayda ordu heç dünyada yoxdur. On milyonluq Azərbaycan ordusuna heç qalib gəlmək olar? Bu gün hər bir azərbaycanlı öz arenasına əsgərdir. 10 milyon insan bu gün vətən üçün eyni nöqtəyə vurur”. Baba Vəziroğlu vurğulayıb ki, düşmən bizim sıralarımızda türkləri axtarır: “Ermənilər tarix boyu doğulan körpələrin qulağına deyirlər ki, türk sənin düşmənindir. Ermənilər Türkiyə və İranla əlaqələrimizi pozmağa çalışır. Daha dünya bu təxribatlara və oyunlara inanmır. Çünki dünya 90-cı illərin dünyası deyil. Cındır və murdar Ermənistan heç kimə lazım deyil. Hətta arxalandıqları ölkələr üçün də. Belə oyuncaqlar və alətlər bir neçə dəfə istifadə olunur. Bu gün hara gedirlərsə, ağızlarından vururlar. Ermənilər cənab Prezidentin dediyi kimi yalamadıqları daban qalmayıb. Əminik ki, tezliklə qələbə bizimlə olacaq, üçrəngli bayrağımız Xankəndidə, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacaq. Ordumuzun əldə etdiyi nailiyyətlər uşaq kimi məni sevindirir”. Geri qayıt |