Əsas Səhifə > Şou-biznes > “Gecələr yuxudan qışqıra-qışqıra oyanıram...”
“Gecələr yuxudan qışqıra-qışqıra oyanıram...”16-10-2020, 12:39 |
Müğənni Zamiq Hüseynov qaçqın düşməyindən danışıb. Yenisabah.az xəbər verir ki, MTV telekanalında qonaq olan sənətçi Füzuli rayonundan çıxmağını xatırlayıb: “Biz oradan çıxanda mənim 7-8 yaşım var idi. Hər gün tanklar bizim qapımızdan keçirdi, biz əmim uşaqları ilə çıxırdıq, tanka minirdik, ora-bura gedirdik. Hətta elə olurdu ki, bizi görməyəndə çağırırdılar ki, “gəlin”. Amma tez-tez deyərdilər ki, “çıxın gedin, çox təhlükəlidir, qalmayın”. Və Füzuli rayonundan olan qohumlarımız bizə gəlmişdilər, həftələrdir bizdə qalırdılar. Atam deyirdi ki, biz getməyəcəyik, evimizdən çıxmayacağıq”. 37 yaşlı müğənni həmin vaxt uşaq olsa da, travmanı bu gün də yaşadığını etiraf edib: “Elə oldu ki, günün birində top gəldi bizim həyətin aşağısına düşdü, o səs hələ də yadımdadır, mənim üçün o qədər böyük travmadır ki... O vaxt qəlpələr dolu kimi yağırdı və ağlayaraq bilmirdik kimin qucağına gedək. Nənəm məni aldı qucağına, yol maşınları gəlirdi, çıxdıq yola, hamı çıxıb gedirdi. Maşında da yaralı əsgəri gördüm, o anı danışmaqla təsəvvür etdirmək mümkün deyil. Tozdan göz-gözü görmürdü. Biz Horadiz şəhərinə gəldik, orada məskunlaşdıq. Bir neçə ay sonra bildik ki, valideynlərimiz yaşayır, ya yox, çünki o vaxt telefon yox idi, əlaqə saxlamaq olmurdu. Sonra gəldik Saatlı rayonuna, çadırda məskunlaşdıq. 1993-cü ildən 99-cu ilə qədər orada qaldıq. Çadırda yatırdıq, balaca yer idi o 7 ildə nələr çəkdik, həmin travma mənim yadımdan çıxmır, yuxudan qışqırıb oyanırdım. Hətta bu günə kimi hərdən gecə yuxudan qışqıra-qışqıra oyanıram. Allah heç bir övlada o günü qismət eləməsin”. Geri qayıt |