Əsas Səhifə > Şou-biznes > "Özü heç nə edə bilməyənlər, kənardan hər kəsi qınayır"

"Özü heç nə edə bilməyənlər, kənardan hər kəsi qınayır"


15-10-2020, 11:54
"Özü heç nə edə bilməyənlər, kənardan hər kəsi qınayır"
Xəbər verdiyimiz kimi , son günlər cəbhədə əsgərlərimizlə görüşən məşhurlardan biri də, müğənni Nadir Qafarzadədir. Sənətçi təəssüratlarını BiG.AZ izləyiciləri ilə bölüşüb.

“Bəziləri düşünür ki, bu gün cəbhə bölgəsinə gedən müğənnilər özlərini reklam edirlər. Ən maraqlısı isə odur ki, bunu deyən elə sizin sənət yoldaşlarınızdır. Sizcə, bu düzgün yanaşmadırmı?” - sualına müğənni belə cavab verib:

“Özü heç nə edə bilməyənlər, kənardan hər kəsi qınayır. Mən hər zaman cəbhə bölgəsində hərbi hissələrdə konsertlər vermişəm.

Bəziləri ağ vərəqin üstündə qara nöqtə axtarırlar. Mənə yazıb, məni ruhdan salmağa çalışanlar var.

Məsələn, yazırlar ki, "nədir oturmusan burada, klip, fotosessiya etdirirsən?! Nəyə lazımdır bu işlər?!"

Bilirsiniz, mən hərbçi deyiləm. Bunun üçün mütləq məktəb keçməlisən, təcrübən olmalıdır.
Mən hərbi xidmətdə olmuşam. Çağırsalar, böyük məmnuniyyətlə gedərəm. Sadəcə demək istəyirəm ki, heç nə bacarmırsınızsa, edənlərə də söz atmayın.

Siz inanın ki, əsgərlər bizi görəndə necə sevinirlər? Hətta əsgərlərdən biri anasının nömrəsini mənə verib dedi: “Anamla danışarsan və ona deyərsən ki, mən yaxşıyam... "

Geri qayıt