Əsas Səhifə > Şou-biznes > "Bu gün hər birimiz əsgərik"
"Bu gün hər birimiz əsgərik"14-10-2020, 12:32 |
Azərbaycan sənətkarlarının ordumuza verdiyi dəstək davam edir. Modern.az-ın məlumatına görə, Qarabağ döyüşlərinin getdiyi müddətdə ordumuza yardım göstərənlər arasında bir çox sənət adamları da var. Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov Modern.az-a bildirib ki, sənətçilər daim ordumuzun yanında olublar. O, xanəndə Babək Niftəliyevin də hazırda cəbhəyə yaxın ərazilərdə olduğunu vurğulayıb: “Bir neçə gün ərzində demək olar ki, bütün həmkarlarım hadisələrin baş verdiyi ərazilərə yollandı. Biz də Təyyar Bayramovla Ağdamdan yenicə qayıtmışıq. Mən şəxsən, Silahlı Qüvvələrin Yardım Fonduna 1000 manat köçürmüşəm. Aramızdakı ehtiyatda olan zabitlər artıq döyüşlərdə fəal iştirak edir. Biz isə yaralı əsgərlərimizlə, onların ailələriylə görüşür, bacardığımız qədər onlara kömək etməyə çalışırıq. Tarix boyu, həmişə sənətkarlarımız ordumuzun yanında olub. Hazırda tanınmış adamların əksəriyyəti, xalqımıza bildirmədən ordumuza yardım göstərir. Bu gün hər birimiz əsgərik”. Sənətkar ordumuzun gücündən və qələbə çalacağından əmin olduğunu söyləyib. Geri qayıt |