Əsas Səhifə > Şou-biznes > Əməkdar artist cəbhə bölgəsində

Əməkdar artist cəbhə bölgəsində


9-10-2020, 11:26
Əməkdar artist cəbhə bölgəsində
Aparıcı Zaur Kamal və Əməkdar artist Babək Niftəliyev də cəbhə bölgəsinə yollanıb.

Yenisabah.az xəbər verir ki, onlar bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər. Əsgərlərlə görüşən aparıcı və xanəndə dəstək olmaq üçün gəldiklərini bildiriblər.

Zaur paylaşımına "Tezliklə Azərbaycan ordusunun qələbə sorağı Şuşadan, Xankəndidən gələcək. Ordumuza eşq olsun" – deyə şərh yazıb.

Qeyd edək ki, son günlər orduya dəstək olmaq üçün Xalq artisti Tünzalə Ağayeva, Nadir Qafarzadə, Roza Zərgərli, idmançı Kamil Zeynallı, aparıcı Hacı Nuran və başqaları cəbhə bölgəsinə yollanıb.

Sözügedən fotoları təqdim edirik:

Əməkdar artist cəbhə bölgəsində
Əməkdar artist cəbhə bölgəsində

Geri qayıt