Əsas Səhifə > Şou-biznes > "Bunların kökünü qırmaq lazımdır"
"Bunların kökünü qırmaq lazımdır"6-10-2020, 18:15 |
“Beynəlxalq təşkilatlar bu illər ərzində lal, kar, kor olmuşdular. İndi gördülər ki, yox, bu həminki Azərbaycan deyil”. Bu sözləri Yenisabah.az-a tanınmış meyxana ustası Ağamirzə Məmmədov Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlər barədə danışarkən deyib. Meyxanaçı xalqın döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib: “Daha düşünməli bir şey yoxdur. Düz 28 il düşündük, bunların kökünü qırmaq lazımdır. Maşallah əhalidə əhval ruhiyyə o qədər yüksəkdir ki. Mən Maştağada görürəm, bizim kənddə gənclərin hamısı döyüşə hazırdırlar. Biz bu müharibəyə tamam başqa ruhla yanaşırıq, əvvəllər başqa cür idi. Vallah, mən də gənclərlə birgə döyüşə hazıram. Yüz faiz qələbə bizimdir, o yan, bu bu yanı yoxdur. Bunlarla danışıq aparmaq olmaz”. O, döyüşü dayandırmağın əleyhinə olduğunu qeyd edib: “Mənim fikrimcə, döyüşü beynəlxalq təşkilatların sözü ilə dayandırmaq olmaz. Bu dəqiqə vəziyyət tamam başqadır. Maştağada elə bil toy-bayramdır, hamı sevinir. Dayanmağın yeri deyil, çünki bunlar söz qanan deyillər. BMT də 28 ildir lal-kardır. Şükür Allaha, vəziyyət də əladır, həm ordu, həm dövlət, həm də xalq tərəfdən. Hazırda bütün söz-söhbətləri kənara qoymalıyıq, bizim bir məqsədimiz var, vəssalam!” Geri qayıt |