Əsas Səhifə > Şou-biznes > Növbəti hit duet gəlir

Növbəti hit duet gəlir


21-01-2020, 15:36
Növbəti hit duet gəlir
DİA.AZ: - Xalq artisti Röya Ayxan və Miri Yusif sevənlərinə yaxın günlərdə növbəti duet təqdim edəcəklər.

DİA.AZ mediatime.az-a istinadən xəbər verir ki, sənətçilər yenidən bir araya gəliblər. Daha öncə dəfələrlə duet ifa edən sənətçilər bu dəfə artıq klip çəkdirmək qərarına gəliblər. "Sevgilim" adlanan klipin çəkilişləri üçün Qəbələyə yol olan sənətçilər ekran işini Əli Fərhada həvalə ediblər.
Xatırladaq ki, rejissor Röyanın "Elə bilirdim","Dedin yox" adlı mahnılarına ekran həyatı verib.

Geri qayıt