Əsas Səhifə > Şou-biznes > Aygün Kazmova SSRİ-nin tarixinə düşüb

Aygün Kazmova SSRİ-nin tarixinə düşüb


15-01-2020, 09:21
Aygün Kazmova SSRİ-nin tarixinə düşüb
DİA.AZ: - Azərbaycanın xalq artisti Aygün Kazımova tarixə düşüb.

Xalq artistinin 1989-cu ildə ifa etdiyi bəstəsi Eldar Mansurova məxsus "Bu sevgi" mahnısı SSRİ-nin plastinka istehsal edən "Melodiya" şirkətinin arxivinə düşüb. Belə ki, nüfuzlu "melodiya" firması mahnını 1991-ci ildə buraxdığı plastinkaya daxil edib. Bununla da Aygün Kazımova Azərbaycan musiqi tarixində "Melodiya" şirkətinin buraxdığı plastinkaya ifası salınan ən gənc ifaçı kimi tarixə düşüb.

Xatırladaq ki, şirkətin buraxdığı plastinkaya hər ifaçının mahnısı daxil edilmir. "Melodiya" firması SSRİ-nin plastinka istehsal edən yeganə böyük ciddi şirkəti olub. Qeyd olunan plastinkada Aygün Kazımovanın "Bu sevgi" və "Uzaqlıq" mahnıları yer alıb.




Geri qayıt