Əsas Səhifə > Şou-biznes > Seyran İsmayılxanovun "Sevgililər günü" hədiyyəsi

Seyran İsmayılxanovun "Sevgililər günü" hədiyyəsi


13-01-2020, 08:46
Seyran İsmayılxanovun "Sevgililər günü" hədiyyəsi
DİA.AZ: - Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov konsertə hazırlaşır.

DİA.AZ xəbər verir ki, ifaçı “Sevgililər günü”ndə "Əslən uşaqlıqdan - Azərbaycandan" adlı konsert proqramı ilə çıxış edəcək. 14 fevral tarixində Almaniyanın Köln şəhərində baş tutacaq gecədə Seyran ən çox sevilən azərbaycan mahnıları oxuyacaq.

Qeyd edək ki, Seyran İsmayılxanov 2005-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə iştirak edib. Hazırda o, Almaniyanın dünyaca nüfuzlu "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.

Geri qayıt