Əsas Səhifə > Şou-biznes > "Hamı özünü mənə oxşadır"

"Hamı özünü mənə oxşadır"


10-01-2020, 16:12
"Hamı özünü mənə oxşadır"
DİA.AZ: - Rəqqasə Renka həmkarları ilə bağlı qalmaqallı açıqlamalar verib.

DİA.AZ xəbər verir ki, "Show news" verilişinə danışan rəqqasə bildirib ki, heç kimi özünə rəqib görmür:

Mən fəxr edirəm ki, kimsə məni təkrar edir. Əgər kimsə özünü mənə oxşadıb nəsə öyrənirsə, bu çox qürurverici haldır. Mən istəmirəm ki, kimsə desin ki, "Renka, bax, sənin rəqsinə necə oxşayır?" Yəni, bir az özəlliklərini çoxaltsınlar. Bu zaman bir o qədər də çox seviləcəklər. Həmkarlarım o qədər dalımca danışırlar ki… Amma mən bu qulağımdan alıb, o biri qulağıma verirəm. Eybi yox, qoy, mənim adımdan reklam olunsunlar. Hardasa bir balaca köməyim dəyər".




Geri qayıt