Əsas Səhifə > Şou-biznes > Dekabrın son günü...

Dekabrın son günü...


4-01-2020, 10:20
Dekabrın son günü...
DİA.AZ: - Xalq artisti Aygün Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorovla duet şəklində ifa etdiyi “Can Azərbaycan” mahnısının klipini 2019-cu ilin son günündə təqdim edib.

DİA.AZ-ın məlumatına görə, mahnının sözləri Oleq Vladiyə, ekran həlli və musiqisi isə Alişerə məxsusdur.

Ekran işi Aygün Kazımovanın rəsmi “Youtube” kanalında yerləşdirilib.

Xatırladaq ki, “Can Azərbaycan” mahnısı ilk dəfə F. Kirkorovun 30-31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutan solo konserti zamanı təqdim olunub. Bununla da, tarixdə ilk dəfə əcnəbi müğənni Azərbaycana mahnı həsr edib. Layihənin təşəbbüskarı isə A. Kazımova olub.




Geri qayıt