Əsas Səhifə > Şou-biznes > Xalq artisti Minaya dəstək oldu

Xalq artisti Minaya dəstək oldu


26-12-2019, 08:54
Xalq artisti  Minaya dəstək oldu
DİA.AZ: - "Gözəlim sən mənim səsim oldun, sən mənim gələcəyim oldun çünki, qadın elə qadındır!"

DİA.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkədə Xalq artisti Röya Ayxan yazıb.

O, müğənni Mina Hüseyninin görüntüsünü paylaşaraq , dəstəklədiyini bildirib:

"Biri həmən tonda haykırar, biri həmən tonda danışar, mənim üçün sənət sənsən! Gələcəyimin tarixi, əsəri yaradanlar canımızdır, amma əsəri yaşadan gələcəkdir. Afərin".

Xalq artisti Röya Ayxan müğənni Mina Hüseyn haqqında xoş sözlər yazmasına qarşı tərəfdən cavab gəlib:

"Sizdən dəstək almaq çox sevindirdi məni, gözlənilməz oldu. Hətta ağladım. Sizin kimi ulduzun məni paylaşmağı mənə çox stimul verdi, çox sağ olun bizim xalq artistimiz, səhnəmizin ulduzu gözəli. Allah razı olsun".

Geri qayıt