Əsas Səhifə > Şou-biznes > “American Music Awards”da azərbaycanlı dizaynerin geyimi

“American Music Awards”da azərbaycanlı dizaynerin geyimi


3-12-2019, 08:37
“American Music Awards”da azərbaycanlı dizaynerin geyimi
DİA.AZ: - Dünyaca məşhur amerikalı müğənni və aktrisa Meg Donnelly Los-Ancelesdə keçirilən "American Music Awards" mükafatlandırma mərasiminə Rüfət İsmayılın hazırladığı geyimdə qatılıb.

DİA.AZ xəbər verir ki, məşhur sənətçi mərasiminin qırmızı xalısına azərbaycanlı dizayner Rüfət İsmayılovun hazırladığı geyimdə çıxıb.

Rüfət İsmayıl ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.

Beyonse, Cey Lo və Avril Lavin kimi dünya ulduzları Rüfət İsmayılın brendinin pərəstişkarlarıdır.




Geri qayıt