Əsas Səhifə > Şou-biznes > 200 min insanın seçimi "Elə bilirdim" oldu

200 min insanın seçimi "Elə bilirdim" oldu


2-12-2019, 08:14
200 min insanın seçimi "Elə bilirdim" oldu
DİA.AZ: - Xalq artisti Röya Ayxanın "Elə bilirdim" adlı klipi sosial medianı silkələyib.

DİA.AZ xəbər verir ki, sözləri Leyli Erola, musiqisi və aranjimanı Hakan Erola məxsus olan "Elə bilirdim" adlı mahnıya Bakıda çəkilən klip Yutuba yüklənəndən sonra 2 gün ərzində 200 mindən çox insan izləyib və hətta Yutubda trend siyahısına daxil olub.

Qeyd edək ki, klipin ekran həlli rejissor Fərhad Əliyə həvalə olunub. Bu ikilinin birgə ilk işi deyil. Müğənninin imici və makiyajı üzərində stilist Elnur Həsənov çalışıb. Mahnının səsyazma işləri Türkiyədə həyata keçirilib. Studiyanın səs rejissoru Türkiyənin məşhur musiqiçisi Emrah Moğulkoçdur. Emrah Sibel Can, Hakan Altun, Demet Akalın, Ebru Yaşar kimi müğənnilərlə çalışıb.



Geri qayıt