Əsas Səhifə > Şou-biznes > Röyanın qardaşı Oğuz Yılmazın "Çok Net"inə klip çəkdi

Röyanın qardaşı Oğuz Yılmazın "Çok Net"inə klip çəkdi


26-11-2019, 08:45
Röyanın qardaşı Oğuz Yılmazın "Çok Net"inə klip çəkdi
DİA.AZ: - Xalq artist Röya Ayxanın müğənni qardaşı İsmayıl Nəcəfov Türkiyənin musiqi bazarına istiqamətlənmiş yeni klipini təqdim edib.

DİA.AZ-ın məlumatına görə, müğənni sözləri və musiqisi Oğuz Yılmaza, aranjimanı isə Alper Atakana məxsus “Çok Net” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün klipmeyker Orçun Mutluya müraciət edib.

Layihə üçün Avstraliyadan model Grace Connolly dəvət olunub. 24 saata tamamlanan çəkilişdə 30 nəfər çalışıb.

Məlumat üçün qeyd edək ki, Röyanın ötən il Türkiyədə çəkdirdiyi “Afaki” klipinin üzərində də eyni komanda çalışmışdı.






Geri qayıt