Əsas Səhifə > Şou-biznes > Dilarə Kazımova Leyla Əliyevanın sözlərinə yazılmış mahnısına klip çəkdirdi

Dilarə Kazımova Leyla Əliyevanın sözlərinə yazılmış mahnısına klip çəkdirdi


22-11-2019, 09:34
Dilarə Kazımova Leyla Əliyevanın sözlərinə yazılmış mahnısına klip çəkdirdi
DİA.AZ: - Tanınmış müğənni Dilarə Kazımovanın “Ne uxodi” adlı yeni klipi işıq üzü görüb. DİA.AZ-ın məlumatına görə, bəstənin sözlərinin müəllifi Leyla Əliyeva, bəstəkarı isə Novruz Aslandır.

Mahnı bir-birini hələ də sevən cütlüklərin ayrılığından bəhs edir. “Getmə” deyən ifaçı bu klipdə sevən bir insanın tərkedilməyə olan hiss-həyəcanını, emosiyasını çatdırır.

İlk dinləmədən yaddaşlara həkk olan və insanın ruhuna təsir edən “Ne uxodi” mahnısı getmək istəyənləri saxlamaq, tərk edənləri isə geri döndərmək gücündə olan bir musiqidir.


Geri qayıt