Əsas Səhifə > Şou-biznes > Sevda Giray meşədə klip çəkdirdi

Sevda Giray meşədə klip çəkdirdi


13-11-2019, 08:33
Sevda Giray meşədə klip çəkdirdi
DİA.AZ: - Türkiyəli müğənni Sevda Giray yeni klipini təqdim edib.

DİA.AZ xəbər verir ki, ifaçı "Unuttu seni" adlı mahnısına ekran həyatı verib. Çəkilişin meşədə aparıldığını deyən müğənninin sözlərinə görə, klipdə ayrılıqdan bəhs edilir: “Heç kimə ayrılıq arzu etmirəm, lakin hər bir insanın həyatında belə məqamlar qaçılmazdır”. O , həmçinin vurğulayıb ki, yeni ekran əsəri şou-biznesin gündəmində olan digər kliplərlə eyni sırada dayanacaq.

Mahnının musiqisi Ercan Irmak, sözləri isə Sibel Karabaşa məxsusdur. Aranjimanı isə Selim Çaldıran edib.

Klip Ebru Polatın mahnılarına ekran həyatı verən tanınmış rejissor Teoman Topçu və onun peşəkar komandası tərəfindən ekranlaşdırılıb. Bu ikilinin birgə ilk işi deyil.




Geri qayıt