Əsas Səhifə > Şou-biznes > Xatun "Can şəhidim"ə klip çəkir

Xatun "Can şəhidim"ə klip çəkir


30-10-2019, 08:41
Xatun "Can şəhidim"ə klip çəkir
DİA.AZ: - Müğənni Xatun Əliyeva şəhidlərə mahnı həsr edib.

DİA.AZ xəbər verir ki, müğənni şəhid Ceyhun Orucəliyevin xatirəsinə həsr etdiyi "Can Şəhidim" mahnısına klip çəkdirir. Xatun klipi haqda bunları deyib:

"Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun. Şəhidimiz Ceyhun Orucəliyevin ailəsi ilə yaxından tanış oldum. Onun iki Duyğu və Aylin adında iki gözəl övladı var. Onlara demək istəyirəm ki, "Başınızı dik tutun. Qəhrəman övladısız”.

Şəhidimizin ailəsinə və yaxınlarına Allahdan səbr diləyirəm.

Sözləri və musiqisi Samir Vidaya məxsus olan mahnının ekran işi rejissor Pənah Eldara həvalə edilib.


Geri qayıt