Əsas Səhifə > Şou-biznes > Cəmilin hit mahnısı Türkiyədə

Cəmilin hit mahnısı Türkiyədə


16-10-2019, 15:01
Cəmilin hit mahnısı Türkiyədə
DİA.AZ: - Gənc müğənni Cəmil Türkiyədə yaradıcılığını davam etdirmək niyyətindən qalmır.

DİA.AZ-ın verdiyi məlumata görə, müğənni bu dəfə qardaş ölkənin musiqi dünyasına Azərbaycanda ən uzunömürlü hiti olan "Yaxşı ki varımsan" kompozisiyasını çıxarmaq fikrinə düşüb.

Azərbaycanda hit olan bu mahnı Türkiyədə üçüncü dəfə aranjeman olunacaq. "Yaxşı ki varımsan"ın sözləri və musiqisi Nail Yusifova məxsusdur.

Qeyd edək ki, “Yaxşı ki varımsan” artıq Türkiyədə də bir çox məşhurların rəğbətini qazanıb.

Geri qayıt