Əsas Səhifə > Şou-biznes > Dilarənin “Best model of the World”lə «eşq məcarası» təqdim olundu

Dilarənin “Best model of the World”lə «eşq məcarası» təqdim olundu

27-09-2019, 15:39
Dilarənin “Best model of the World”lə «eşq məcarası» təqdim olundu
DİA.AZ: - Zeytun yağı sağlamlıqdır, zeytun yağı gözəllikdir, zeytun yağı sevgidir... Sağlamlığı qorumağa olan sevgi, həyata olan sevgi, sevdiklərinə olan sevgi.

Deyirlər, ürəyə gedən yol mədədən keçir. Bəlkə də bu həqiqətdir. Çünki sevdiklərimizə dediyimiz sözlərlə yanaşı, hazırladığımız ləzzətlərlə sevgimizi göstərmək də bir ifadə tərzidir.

DİA.AZ xəbər verir ki, məhz bu amal əsasında “Zeytun bağları” markası və özünəməxsus ifaları ilə seçilən Dilarə Kazımova fərqli və sağlam sevgini tərənnüm edən layihə ilə bir araya gəldilər.

Sözləri və musiqisi Cavid Şahbazbəyova məxsus olan mahnıya rejissor Fuad Əlişov tərəfindən gözəl bir sevgi hekayəsini əks etdirən klip çəkilib.

21 sentyabr 2019-cu il tarixində Park Cinema kinoteatrında Dilarə Kazımovanın yeni xiti “Zeytun bağları” mahnısının və mahnıya çəkilmiş klipin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində ifaçının dostları, doğmaları, media nümayəndələri bir araya gəlib. Həm Dilarə Kazımova, həm də “Zeytun bağları” markası öz çıxışlarında bu əməkdaşlıqdan məmnunluqlarını dilə gətiriblər.

Qeyd etmək istərdik ki, bu, “Zeytun bağları” markası ilə Dilarə Kazımovanın növbəti iş birliyi idi.

Xüsusi təşəkkür:

“Zeytun bağları”

Media Balanc

Park Cinema

Park Bulvar

Boomerang Label

Klip eksklüziv olaraq 5 gün MTV kanalında yayımlandı. Bu gündən etibarən isə Dilarə Kazımovanın youtube kanalına yerləşdirilib.

Keçid etmək üçün aşağıdakı linkə daxil olun:

Geri qayıt