Əsas Səhifə > Şou-biznes > "El Stil" ləqəbli stilist Elnur plastik əməliyyat olundu

"El Stil" ləqəbli stilist Elnur plastik əməliyyat olundu


10-09-2019, 15:07
"El Stil" ləqəbli stilist Elnur plastik əməliyyat olundu
DİA.AZ: - Hər zaman yeni işləri ilə gündəmə gələn "El stil" ləqəbi ilə tanınan tanınmış stilist Elnur Həsənov əməliyyat olunub.

DİA.AZ xəbər verir ki, ötən gün Bakıda yerləşən klinikalardan birində cərrah bıçağı altına yatan stilist plastik əməliyyat etdirib.

Elnuru əməliyyat edən cərrah Siruz Goçxaninin asistenti stilistin hazırda palatada olduğunu və istirahət etdiyini bildirib.

Hələ ki, Elnurun üzərində aparılan cərrahi əməliyyatın hansı hissələrdə aparıldığı ilə bağlı məlumat açıqlanılmır.

Geri qayıt