Əsas Səhifə > Şou-biznes > Günay Musayeva podiumda "yandırıb-yaxdı"

Günay Musayeva podiumda "yandırıb-yaxdı"


9-09-2019, 08:27
Günay Musayeva podiumda "yandırıb-yaxdı"
DİA.AZ: - Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda Həftəsi çərçivəsində “Xarı bülbül çiçəyi” adlı yeni kolleksiyasını təqdim edib.

DİA.AZ xəbər verir ki, qeyd olunan moda həftəsi ərzində dünya şöhrətli dizaynerlərin kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş etdirilir. Podiumun əsas modeli isə Günay Musayeva olub.

Xatırladaq ki, bu, Rüfət İsmayılın Nyu Yorkdakı 3-cü moda nümayişidir. Onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. Azərbaycanlı dizaynerin kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.

Günay Musayeva podiumda "yandırıb-yaxdı"
Günay Musayeva podiumda "yandırıb-yaxdı"

Geri qayıt