Əsas Səhifə > Şou-biznes > Röyaya görə Naxçıvanda ajiotaj yaşandı

Röyaya görə Naxçıvanda ajiotaj yaşandı


26-08-2019, 08:26
Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
DİA.AZ: - Əməkdar artist Röya Ayxan Naxçıvanda solo konsert verib.

DİA.AZ xəbər verir ki, sənətçi Saat Meydanında təşkil olunan gecə üçün özəl hazırlaşıb. Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. Röyanın komandasına daxil olan 70 nəfər tədbirə cəlb olunub. Bundan əlavə, sənətçi gecə üçün xüsusi repertuar seçib. O, pərəstişkarları üçün 2 saat ərzində bir -birinin ardınca hit mahnılarını səsləndirib. Onu səhnədə öz ansamblı müşayiət edib. Həmçinin pop ifaçısı səhnədə bir fərqli geyimdən istifadə edib. Röya konsertdə mahnılarını canlı səsləndirib. Müğənni "Doldur ürəyimi...”, “Gün Gələr”, “Yaz aylar”ı ifa edən zaman anşlaq yaşanıb.

Onu da əlavə edək ki, Saat Meydanında bir neçə müğənninin konserti olub. Bu il üçün bağlanış konsertini Röya edib.

Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
Röyaya görə Naxçıvanda ajiotaj yaşandı
Röyaya görə Naxçıvanda ajiotaj yaşandı

Geri qayıt