Əsas Səhifə > Şou-biznes > Aygün Mambo Beach'da tozanaq qopardı

Aygün Mambo Beach'da tozanaq qopardı


7-08-2019, 08:15
Aygün Mambo Beach'da tozanaq qopardı
DİA.AZ: - Xalq artisti Aygün Kazımovanın solo konserti baş tutub.

DİA.AZ-ın məlumatına görə, yayın son ayının möhtəşəm super konserti dənizkənarı “Mambo” istirahət mərkəzində reallaşdı. Hər şeyin qüsursuz tərtib olunduğu məkana hər zaman şouları ilə tamaşaçılarını təəccübləndirməyi bacaran xalq artisti Aygün Kazımovanın daxil olmasını sevənləri böyük coşqu ilə qarşıladı.

Konserti "Ya i tı" mahnısı ilə başlayan sənətçi, gecə boyu illərdi xalqın dilindən düşməyən, hitə çevrilmiş “Sənsizliyim”, “Kişilər”, “Mən Sənsiz”, “Mən Aygünəm”, “Səni düşündükcə”, “Paramparça” kimi mahnılarını və “DUY” albomundakı son bəstələri iki saata yaxın səhnədə canlı ifa edib. Konsertdə yadda qalan başqa bir məqam isə müğənninin “Kim dinler sizi” adlı türk mahnısına yeni nəfəs verməsi olub.
Qeyd edək ki, Kazımovanın performansını izləmək üçün məşhur simalar, xaricdən gələn qonaqlar da olub.


Aygün Mambo Beach'da tozanaq qopardı
Aygün Mambo Beach'da tozanaq qopardı

Geri qayıt