Əsas Səhifə > Şou-biznes > Aygün Xəyyamın məkanında konsert verəcək

Aygün Xəyyamın məkanında konsert verəcək


15-07-2019, 09:22
Aygün Xəyyamın məkanında konsert verəcək
DİA.AZ: - Xalq artisti Aygün Kazımova solo konsert verəcək.

DİA.AZ-ın məlumatına görə, müğənninin tədbiri iyulun 28-də “Cıdır Music Hall”da baş tutacaq.

Həmin gecədə A.Kazımova hazırladığı özəl proqramla çıxış edəcək. Tamaşaçıları məşhur hitlərlə möhtəşəm şou gözləyir.

Qeyd edək ki, “Cıdır Music Hall” müğənni Xəyyam Nisanova məxsusdur.

Aygün Xəyyamın məkanında konsert verəcək

Geri qayıt