Əsas Səhifə > Şou-biznes > Üzeyir Mehdizadə mahnı yazdı, Günay da oxudu

Üzeyir Mehdizadə mahnı yazdı, Günay da oxudu


3-07-2019, 09:16
Üzeyir Mehdizadə mahnı yazdı, Günay da oxudu
DİA.AZ: - Müğənni Günay İbrahimli yeni “Birini tapasan” adlı ritmik mahnısını təqdim edib.

DİA.AZ-ın məlumatına görə, mahnının sözləri və musiqisi Üzeyir Mehdizadəyə aiddir. Müğənni yeni mahnısının yayın hiti olacağına inanır.

G.İbrahimli yaxın günlərdə mahnıya klip də çəkdirəcəyini bildirib.

Qeyd edək ki, mahnının aranjimanı Rəşad Bağırova aiddir.

Bəstə Günay İbrahimlinin rəsmi "Youtube" kanalında təqdim olunub. "Cover" fotonunun müəllifi isə fotoqraf Fərhad Əlidir.




Geri qayıt