Əsas Səhifə > Şou-biznes > Bir milyon insan Nüvitin “Susma”sını seçdi

Bir milyon insan Nüvitin “Susma”sını seçdi


22-06-2019, 09:39
Bir milyon insan Nüvitin “Susma”sını seçdi
DİA.AZ: - Bu günlərdə yeni klipini təqdim edən türkiyəli müğənni Nüvit Yıldız böyük uğur qazanıb.

DİA.AZ xəbər verir ki, N.Yıldızın "Susma" adlı klipi "Youtube" videohostinqində 1.000.000-dan çox baxış toplayıb.
Qeyd edək ki, Nüvit Yıldızın bir neçə gün öncə işıq üzü görən “Susma” klipinin rejissoru Erkan Nasdır.Bəstənin sözləri isə Türkiyənin məşhur pop ifaçısı Sezen Aksuya məxsusdur. Klipdə Nüvitin tərəf müqabili kimi dünya ulduzu Madonna ilə 3 illik eşq yaşayıb sonra ayrılan fransalı rəqqas və xoreoqraf Brahim Zeybat çəkilib.

Məşhurların stilinin üzərində isə Tarkan, Hande Yener, Murat Boz, Fatih Ürek, Yıldız Tilbe kimi məşhurlarla çalışan Selim Akar işləyib.



Geri qayıt