Əsas Səhifə > Şou-biznes > Niyamla Aynur davaya çıxdı

Niyamla Aynur davaya çıxdı


21-06-2019, 11:24
Niyamla Aynur davaya çıxdı
DİA.AZ: - Bir müddətdir dostluq edib, duet ortaqlarına çevrilən müğənnilər Niyam Salami ilə Aynur Dadaşova arasında soyuq küləklər əsib. DİA.AZ-ın məlumatına görə, bu haqda aparıcı Elgiz Əkbər idarə etdiyi verilişində deyib.

Onun bu sözlərini proqramda qonaq olan Aynur da təsdiqləyib. Sənətçi dava etmələrinin səbəbini açıqlayıb: "Heç kimin qəlbinə dəymirəm, artıq söz demirəm. Kimdənsə kobudluq görəndə, məni ağlamaq tutur. Niyam yaxşı dostdur, amma bir az əsəbidir. Hamı ilə əsəbi danışsan, ətrafında adam qalmaz. Konsertə dəvət etdi, tarixi əvvəlcədən bilmirdim. Ayın 8-i imiş, mən də həmin gün bir tədbirə dəvətli idim, beh almışdım. Dedim ki, Niyam, ya 7-si edək, ya 9-u. Hirsli idi. Dedi ki, yox, bu konsert olmalıdır. Gəlmirsən, gəlmə".

Geri qayıt