Əsas Səhifə > Şou-biznes > Türkiyənin məşhur simasının klipində Nicat Fərəcov yer alacaq

Türkiyənin məşhur simasının klipində Nicat Fərəcov yer alacaq


19-06-2019, 09:58
Türkiyənin məşhur simasının klipində Nicat Fərəcov yer alacaq
DİA.AZ: - Taekvondo üzrə milli komandanın üzvü, bir sıra beynəlxalq yarışların mükafatçısı Nicat Fərəcov Türkiyə ilə bağlı layihələrinin gecikməsinə aydınlıq gətirib.

DİA.AZ-ın məlumatına görə, idmançı ötən həftə orada klipə çəkilməsinə başlayacağını demişdi. Amma çəkilişlər təxirə salınıb. Hazırda Moskvada olan N.Fərəcov sabah Türkiəyə qayıdacağını bildirib:

“İşlərimlə bağlı Moskvaya gəlmişdim. Sabah Türkiyəyə qayıdıram. Çəkilişlərə gələn həftə start veriləcək. Türkiyədən məşhur bir simanın klipində çəkiləcəm. Hazırda onunla danışıqlar aparılır. Buna görə də işimiz yubanır”.

Geri qayıt