Əsas Səhifə > Şou-biznes > Əməkdar artist Röya üçün ÖZƏL GÜN

Əməkdar artist Röya üçün ÖZƏL GÜN


14-06-2019, 15:47
Əməkdar artist Röya üçün ÖZƏL GÜN
DİA.AZ: - Bu gün əməkdar artist Röya Ayxanın ad günüdür.

DİA.AZ-ın məlumatına görə, müğənni 37 yaşını qeyd edir.

Röya Ayxan 1982-ci ildə Ağdamda anadan olub. Bakıda Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konsertini verib.

2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Geri qayıt