Əsas Səhifə > Şou-biznes > Aygün uşaqlara jest etdi, sevinclə qarşılandı

Aygün uşaqlara jest etdi, sevinclə qarşılandı

3-06-2019, 08:32
Aygün uşaqlara jest etdi, sevinclə qarşılandı
DİA.AZ: - Nəhayət ki, günlərdir anonsları yayımlanan və hər kəsin səbrsizliklə gözlədiyi konsert baş tutdu. Yayın ilk konserti Heydər Əliyev Mərkəzinin parkında reallaşdı.

DİA.AZ xəbər verir ki, Xalq artisti Aygün Kazımova "Aygün şou" adlı proqramda sevilən mahnılarını təqdim edib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən proqramda məşhur müğənni səhnəni, həmçinin balacalarla bölüşüb.

Bu günə xüsusi olaraq hazırlanan şouda Aygün Kazımova 60-dan çox nağıl və film qəhrəmanının iştirakı, peşəkar rəqqasların müşayiəti ilə çıxış edib.

Müğəninin illərdir sevilən mahnıları, eləcə də yeni repertuardan olan nəğmələri xüsusi hazırlanan kuklalar və rəqs nömrələrinin iştirakı ilə təqdim edilən şouda yeni çalar alıb. Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə olaraq təqdim edilən şou parkda dincələnlərin-uşaqdan böyüyə hər kəsin marağına səbəb olub.

Gecə ərzində xalq artisti tamaşaçıların zövqünü oxşamaq üçün xüsusi geyimdə çıxış etdi. Onun görünüşü üzərində tanınmış stilist Qusik Simon çalışıb, geyimini isə dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl hazırlayıb.

Geri qayıt