Əsas Səhifə > Şou-biznes > "Mister və Miss Kids"da Cəmil fırtınası əsəcək

"Mister və Miss Kids"da Cəmil fırtınası əsəcək


29-05-2019, 08:46
"Mister və Miss Kids"da Cəmil fırtınası əsəcək
DİA.AZ: - “Testene Art Baku” birincimiz, müğənni Cəmil iyunun 2-də ROMANCE Hall-da keçiriləcək “Mister və Miss Kids 2019” yarışmasının final mərhələsində fəxri qonaq kimi iştirak edəcək.

DİA.AZ-a danışan Cəmilin piar- meneceri Elton Hacıyev bu haqda məlumatı verib:
"Gənc ulduz Cəmil " Mister və Miss Kids 2019" yarışmasının final gecəsinə fəxri qonaq qismində iştirak etmək üçün ora gedəcək. Hər çıxışı bir şoudur. Cəmil üçün səhnə müqəddəs məkandır. Konsertə ciddi hazırlaşır. Eksklüziv səhnə kostyumu olacaq. Həmin libasın üzərində bir neçə modelyer işləyir. Bundan əlavə, hazırlanmış bir yeni mahnısı var. Onu hələ heç yerdə səslənməyib. Pərəstişkarları həmin mahnını tədbir axşamı dinləyə biləcək. Cəmili sevənlər bombalara hazır olsun”.

Qeyd edək ki, tədbirin təşkilatçısı tanınmış prodüser və aparıcı Sədaqət Rəşidqızıdır.




Geri qayıt