Əsas Səhifə > Şou-biznes > Sədaqət Rəşidqızı uşaqlar günündə “Mister və Miss kids”ı keçirəcək

Sədaqət Rəşidqızı uşaqlar günündə “Mister və Miss kids”ı keçirəcək


27-05-2019, 08:25
Sədaqət Rəşidqızı uşaqlar günündə “Mister və Miss kids”ı keçirəcək
DİA.AZ: - İyunun 2-də ROMANCE Hall-da tanınmış bəstəkar-aparıcı Sədaqət Rəşidqızının təşkilatçılığı ilə “Mister və Miss Kids” model yarışması keçiriləcək.

DİA.AZ-ın məlumatına görə, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə təşkil olunan yarışmada kastinq yolu ilə finala vəsiqə qazanan 30-dan çox uşaq səhnəyə çıxacaq. Müsabiqədə balaca model iştiraçılarımız iki tərzdə - tarixi və avanqard geyimlərini numayiş etdirəcəklər. Münsiflər heyətində modelyer Şəlalə Maqsudova, “Fashion Club” model məktəbinin rəhbəri Lyubov Kutorova, rəqqasə Oksana Rəsulova və stilist-vizajist Nigar İbrahimova təmsil olunacaq.
Qeyd edək ki, yarışmaya qatılan hər kəs mükəmməl səhnə tərtibatı, neo texnoloji işıq effektləri, dəbdəbəli podiumun və digər sürprizlərin şahidi olacaqlar.

Geri qayıt