Əsas Səhifə > Şou-biznes > Aygün "Uşaqlar günü"ndə konsert verəcək

Aygün "Uşaqlar günü"ndə konsert verəcək


22-05-2019, 08:54
Aygün "Uşaqlar günü"ndə konsert verəcək
DİA.AZ: - Xalq artisti Aygün Kazımova 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə konsert verməyə hazırlaşır.

DİA.AZ xəbər verir ki, "Aygün şou" adlı konsert saat 20:00-da Heydər Əliyev Mərkəzinin parkında start götürəcək. Gecədə sənətçi tamaşaçılara maraqlı repertuar təqdim edəcək.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.

Aygün "Uşaqlar günü"ndə konsert verəcək


Geri qayıt