Əsas Səhifə > Şou-biznes > Renka bacısını klipinə çəkdi

Renka bacısını klipinə çəkdi


17-05-2019, 08:26
Renka bacısını klipinə çəkdi
DİA.AZ: - Tanınmış rəqqasə Renka Ağamuradova son günlərdə ən sevilənlərdən olan “Unutmaq lazım” mahnısına klip formatında maraqlı bir video hazırlayıb.

DİA.AZ xəbər verir ki, həvəskar səviyyədə hazırlanan ekran işində klipdə rəqqasənin bacısı Səadət və xoreoqraf Mehman da rol alıb.

Bacılar oğlan tərəfindən eyni anda aldadan 2 qızı canlandırıb. Görüntülər izləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, “Unutmaq lazım” mahnısı əməkdar artist Röyanın repertuarındandır. Yaya öz damğasını vuran mahnı “Youtube” video portalında 300 mindən çox baxış sayı toplayıb.

Renka bacısını klipinə çəkdi

Geri qayıt