Əsas Səhifə > Şou-biznes > Nurdan sevgililərə ithaf

Nurdan sevgililərə ithaf


23-04-2019, 08:51
Nurdan sevgililərə ithaf
DİA.AZ: - Müğənni Nur Cəfərli yeni klipini təqdim edib.

DİA.AZ xəbər verir ki, sözləri Cavid Əhmədova, musiqisi Evan Banda, aranjimanı Elçin Mircəfərə aid olan "Eşq" mahnısına çəkilən ekran işini Fuad Tofikoğlu ərsəyə gətirib. Müğənni ekran işini rəsmi "Youtube" kanalına yerləşdirib.

Cəfərli yeniliyi haqda bunları deyib:

"Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Klip üzərində peşəkar komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Ekran işində tərəf-müqabilim yoxdur... Bütün sevgililərə həsr olunur! Sevgi dialoqunuz bitməsin! Heç vaxt susmayın, Eşqinizi bildirin!".

Qeyd edək ki, layihənin rəhbəri və prodüseri Humay Muxtarovadır.




Geri qayıt