Əsas Səhifə > Şou-biznes > Nura Suri Rəşad İlyasovu rüsvay etdi

Nura Suri Rəşad İlyasovu rüsvay etdi


15-04-2019, 08:43
Nura Suri Rəşad İlyasovu rüsvay etdi
DİA.AZ: - Müğənni Nura Suri əməkdar artist Rəşad İlyasovun ona etdiyi pisliyi sosial media hesabında paylaşaraq həmkarını biabır edib.

DİA.AZ xəbər verir ki, Nura “Instagram Story”də məclislərin birində mahnı ifa edən zaman ifaçının köməkçisi onun mikrofonunu bağlayan çəkildiyi videonu paylaşıb. İfaçı həmin paylaşım edərək, narazıçılığını bildirib:

"Bax belə alçaqlıq edirlər müğənnilərə qarşı. Elə bilirsiz asandır belə əclafların arasında baş çıxarmaq. Rəşad İlyasovun işçisidir. İki dəfə mahnımı kəsdirdi. Yaxşı ki, çəkib göndəriblər, özüm şahidi oldum. Sonra da gəlib ki, canlı oxuyaq. Öz tonallığında oxutdurdu məni. Yaxşı ki, əsəbiləşmədim və belə hallara hazıram".

Geri qayıt