Əsas Səhifə > Şou-biznes > Seyran Ismayılxanov Rəşid Behbudovun mahnısını ifa etdi

Seyran Ismayılxanov Rəşid Behbudovun mahnısını ifa etdi


8-04-2019, 08:44
Seyran Ismayılxanov  Rəşid Behbudovun mahnısını ifa etdi
DİA.AZ: - Almaniyada yaşayan həmyerlimiz müğənni Seyran İsmayılxanov repertuarına yeni bəstə daxil edib.

DİA.AZ-ın məlumatına görə, ifaçı "Qafqazın ruhu" (Spırıt of Caucasus ) adlı yeni layihəsi çərçivəsində “Gözəlim Sənsən” adlı xalq mahnısına ikinci həyat verib, onu yeni versiyada oxuyub. Mahnının aranjimanını isə Ruhin İsmayılov edib. Müğənni xalq mahnısına klip də çəkdirib.

“Gözəlim sənsən” üçün klip çəkilişləri İyordaniyada və Almaniyada həyata keçib. Klipin ideyası və rejissorluğu Seyran İsmayılxanovun özünə aiddir.
Xatırladaq ki, bu bəstəni geniş tamaşaçı auditoriyasına ilk dəfə ötən əsrin 60-cı illərində SSRİ-nin Xalq Artisti, dahi Rəşid Behbudov təqdim etmişdir.




Geri qayıt