Əsas Səhifə > Şou-biznes > 7 ildən sonra...

7 ildən sonra...


2-04-2019, 08:52
7 ildən sonra...
DİA.AZ: - Türk pop musiqisinin güclü səsi İzel 7 illik fasilədən sonra sənətinə geri dönüb.

DİA.AZ-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçi nəhayət ki, sənətinə yeni " Kendiliğinden Olmalı" albomundan ilk klipini təqdim edib. "Bizim ağaç" mahnısına çəkilən klip Türkiyənin məşhur “NetD” musiqi portalında təqdim olunub.
Klipdə müğənninin əynində olan geyimi onun üçün xüsusi olaraq türk dizayner Özgür Mete hazırlayıb. Özgürün hazırladığı paltara 600 metr tül istifadə olunub.

Müğənninin uzun müddətdən sonra təqdim etdiyi klipin rejissoru Gökhan Palasdır.


Geri qayıt