Əsas Səhifə > Şou-biznes > Klip uğurlu oldu, 2 milyon qazandı

Klip uğurlu oldu, 2 milyon qazandı


1-04-2019, 08:26
Klip uğurlu oldu, 2 milyon qazandı
DİA.AZ: - Türkiyəli müğənni Bülent Ersoyun Türkiyədəki “Ümit hırsızı” adlı klipini rekord qırmağa davam edir.

DİA.AZ xəbər verir ki, sənətçinin rol aldığı ekran işini Nihat Odabaşı ərsəyə gətirib. Klip Türkiyənin məşhur “NetD” musiqi portalında 2 milyondan çox insan izləyib, 3344-ə yaxın şərh yazılıb.

Qeyd edək ki, söz və musiqisi Tarkana, aranjmanı Taşkın Sabaha məxsus olan klipin rejissoru, Türkiyənin bir çox məşhur sənətçiləri ilə çalışan Nihat Odabaşıdır. İfaçının geyimi üzərində türkiyəli modelyer Tanju Babacan məşğul olub. Bu sənətçinin Tarkan ilə olan ikinci işbirliyidir. Bundan əvvəl isə o “Bir ben, bir Allah biliyor” mahnısını oxuyub.


Geri qayıt