Əsas Səhifə > Şou-biznes > Rusiyanın nəğməkar şairi Cəmilə yeni titul verdi

Rusiyanın nəğməkar şairi Cəmilə yeni titul verdi


29-03-2019, 08:19
Rusiyanın nəğməkar şairi Cəmilə yeni titul verdi
DİA.AZ: - Rusiyanın tanınmış nəğməkar şair, dillərdə əzbər olan bir çox mahnıların söz müəllifi əsli moldovadan olan Viktor Peleneagra “X Factor Ukraine” münsifləri heyran qoyan azərbaycanlı müğənni Cəmilə yeni titul verib.

Bu haqda müğənni DİA.AZ-a bildirib ki, V.Peleneagra ona “Azərbaycanın gümüş səsli müğənnisi” titulu bağışlayıb:

“Bir neçə gün öncə paytaxtımızda “Testene-Art” III Beynəlxalq İncəsənət festival- müsabiqəsində iştirak etdyim zamanı "Feelings" mahnısını ilə Viktor Peleneagranı və digər yarışmanın münsiflərini təəccübləndirdim. Nəğməkar şair mənə yarışmadan sonra dedi ki, sənə yeni titul verirəm: “Azərbaycanın gümüş səsli müğənnisi”... İndi bundan sonra hər kəs məni belə təqdim etməlidir”.

Qeyd edək ki, Viktor illərdi rusiyanın məşhur müğənnilərə yazdığı sözləri ilə tanınıb. Şeirlərində insanların hislərini düzgün və gözəl ifadə edən şairə, rusiyanın məşhurları Alla Puqaçova, Fillip Kirkorov, Nikolay Baskov, Lolita, Sofia Rotaru, Vladimir Presnikov, Valeriy Leontev, İrina Alleqrova, Vitaz və digər sənətçilərə verdiyi mahnılarla yetərincə səs gətirməyi bacarıb.

Geri qayıt