Əsas Səhifə > Şou-biznes > Cəmil Sədaqət Rəşidqızından oxumaq üçün icazə alıb

Cəmil Sədaqət Rəşidqızından oxumaq üçün icazə alıb


11-03-2019, 09:22
Cəmil Sədaqət Rəşidqızından oxumaq üçün icazə alıb
DİA.AZ:- “X Factor Ukraine” münsifləri heyran qoyan azərbaycanlı müğənni Cəmil “Sənsizlik” mahnısını ifa edəcək.

DİA.AZ-ın məlumatına görə, təşkilatçı-bəstəkar Sədaqət Rəşidqızı bu haqda İnstaqram səhifəsində yazıb:

"Uzun illərdən sonra Samir Bağırovun ifa etdiyi "Sənsizlik" adlı mahnımı gənc və istedadlı, həmçinin ekstaravaqant müğənni olan Cəmilin ifasında eşidəcəksiniz. Bir mahnının yaşaması və yeni nəslə ötürməsi üçün ona ikinci nəfəs vermək lazımdır. İnanıram ki, Camil bu mahnıya əvvəlki populyarlığı qaytara biləcək. Şəxsən mən çox bəyəndim. Cəmil sənə uğurlar arzu edirəm".

Qeyd edək ki, "Sənsizlik" adlı bəstənin musiqisi Sədaqət Rəşidqızıya, sözləri İsmayıl Dadaşova məxsusdur.

Geri qayıt