Əsas Səhifə > Şou-biznes > Cəmilin niyə prodüseri yoxdur?

Cəmilin niyə prodüseri yoxdur?


5-03-2019, 09:02
Cəmilin niyə prodüseri yoxdur?
DİA.AZ: - Milyonların sevgisini “X Factor Ukrayna” yarışmasındakı çıxışı ilə qazanan müğənni Cəmil heç vaxt prodüserinin olmamasından danışıb.

DİA.AZ-ın məlumatına görə, müğənni hər zaman menecerlə çalışdığını bildirib:

“Prodüser sözünün mənası yaradandır. Müğənni kimi mən özüm-özümü yaratmışam. İnsan kimi məni valideynlərim yaradıb. Mənim menecerim var. Azərbaycan estradasında danılmaz prodüserlər var. Aygün Kazımovanı bir müğənni kimi Vaqif Gərayzadə kəşf edib. Xaricə nəzər salsaq görərik ki, bu gün məşhur olan bir çox müğənnilər böyük studiyalara səs yazılarını göndəriblər. Onları belə kəşf ediblər. Bizdə elə imkan yoxdur. Sovet vaxtında varıydı. Prodüser hökumət idi, konsertlər edirdi. İndi hərə özünə görə ayrı-ayrılıqda mübarizə aparır”.

Geri qayıt