Əsas Səhifə > Şou-biznes > Röya konsertə hazırlaşır

Röya konsertə hazırlaşır


4-03-2019, 08:53
Röya konsertə hazırlaşır
DİA.AZ: - Əməkdar artist Röya Ayxan 8 mart – Beynəlxalq Qadınlar Günündə paytaxt restoranların birində verəcəyi “8 Mart” adlı canlı konsert proqramının artıq məşqlərinə başlayıb.

DİA.AZ xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində məlumat verib.

O, bəstəkar Muxtar Abseynovun rəhbərlik etdiyi ansambl ilə birlikdə "Bahar" və "Dəli küləyim" mahnısını ifa edərkən çəkdiyi videonu sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, konsertin təşkilatçısı yenə də “KEvents Group”dur.

Geri qayıt