Əsas Səhifə > Şou-biznes > Sədaqət Rəşidqızı iş xanımlara sürpriz hazırlayıb

Sədaqət Rəşidqızı iş xanımlara sürpriz hazırlayıb


4-03-2019, 08:45
Sədaqət Rəşidqızı iş xanımlara sürpriz hazırlayıb
DİA.AZ: - “Mətbuat firması” 8 mart – Beynəlxalq Qadınlar Günü munasibəti ilə müxtəlif sahələrdə uğur qazanmış azəri xanımlarını mükafatlandıracaq.

DİA.AZ bildirir ki, bu barədə tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, qadınlar günü münasibəti ilə 6 mart tarixində baş tutacaq mükafatlandırma mərasimində 35-dən çox xanım “İLİN İŞGÜZAR XANIMI” Müstəqil Milli Mükafatına layiq görüləcək. Hər il olduğu kimi, tədbirdə millət vəkilləri, dövlət qulluqçuları, mədəniyyət, elm, təhsil, jurnalistika, televiziya və bir çox sahələrdə il ərzində uğur qazanmış qadınlar “İlin işgüzar xanımı” adına layiq görüləcək. Gecənin aparıcısı və təşkilatçısı Sədaqət Rəşidqızı bu tədbirin də yüksək səviyyədə keçəcəyini və xanımlara əsl bayram əhval-ruhiyyəsində gözəl proqram hazırlandığını qeyd edib.

Onu da xatırladaq ki, “İLİN İŞGÜZAR XANIMI” Müstəqil Milli Mükafatı 2007-ci ildən məhz Sədaqət Rəşidqızının təşkili ilə təsis olunur. Bu illər ərzində millət vəkilləri Qənirə Paşayeva, Elmira Axundova, Məlahət İbrahimqızı, Gövhər Baxşəliyeva, Jalə Əliyeva, Dilarə Cabrayılova, xalq artistləri Brilliant Dadaşova, Firəngiz Mütəllimova, əməkdar artistlər Sənubər İsgəndərli, Dilarə Əliyeva kimi uğurlu qadınlar məhz bu mükafatla təltif ediliblər.

Mərasim 6 mart 2019 –ui il tarixində paytaxtın ROMANCE PALACE VİP restoranında keçiriləcək.

Geri qayıt