Əsas Səhifə > Şou-biznes > Aygünün konsertinə biletlərin qiyməti müəyyənləşdi

Aygünün konsertinə biletlərin qiyməti müəyyənləşdi


25-02-2019, 08:29
Aygünün konsertinə biletlərin qiyməti müəyyənləşdi
DİA.AZ: - Xalq artisti Aygün Kazımovanın martın 8-də “Şahdağ hotel”də keçiriləcək konsertinin qiymətləri bəlli olub.

DİA.AZ-ın məlumatına görə, dörd kateqoriyada (standart, suit, family, vip) satışa çıxarılan biletlərin qiyməti 50-820 manat arası dəyişir.

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə baş tutacaq konsert proqramında aygünsevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər.

Konsertin təşkilatçısı yenə də “SS Production”dur.

Biletləri “Şahdağ hotel”dən və ya aşağıdakı nömrələrdən əldə etmək mümkündür.

(050) 666 60 91 / (050) 666 60 92

Qeyd edək ki, konsert saat 20:00-da başlayacaq.

Geri qayıt