Əsas Səhifə > Şou-biznes > Röya “8 Mart” konserti verəcək

Röya “8 Mart” konserti verəcək


25-02-2019, 08:20
Röya “8 Mart” konserti verəcək
DİA.AZ: - Əməkdar artist Röya Ayxan 8 Mart Beynəlxalq Qadınlar Günündə konsert verəcək.

DİA.AZ-ın məlumatına görə, ifaçı bu dəfə konsertdə musiqiçisi Muxtar Abseynov orkestrı ilə birlikdə Bakıda ən dəbdəbəli yerdə səhnəyə çıxacaq. Bu haqda o, sosial şəbəkədə paylaşım edib.

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə baş tutacaq konsert proqramında röyasevərlər onun repertuarından illərin unudulmaz nəğmələrini dinləyəcəklər.

Qeyd edək ki, konsertin təşkilatçısı “KEvents Group”dur.

Geri qayıt